İndiki halını özü oynayacaq, gənclik illərim üçün isə aktor axtarırlar
Arabesk musiqisinin əfsanəsi Orhan Gencebay, həyatının filmə uyğunlaşdırılması ilə bağlı sualı cavablandıraraq diqqət çəkib:
“İndiki halımı özüm oynayacağam. Gənclik illərim üçün isə aktor axtarırıq.”
Sherg.az xəbər verir ki, Gencebay, 50 illik həyat yoldaşı Sevim Emre ilə birlikdə qatıldıqları “Bak Postası Geliyor” filminin qalasında jurnalistlərlə söhbət edib və yeni film layihəsi üzərində çalışdıqlarını bildirib.
Usta sənətçi filmə özü rəhbərlik etmək istədiyini, lakin işin hələ tamlaşdırılmadığını deyib.
Sevim Emre və Orhan Gencebayın 1974-cü ildən bəri davam edən münasibəti sənət aləmində nümunəvi cütlük kimi göstərilir. Cütlük tədbirdə yenə əl-ələ kameralara poz verib.