Baloğlan Əşrəfovun məzarını ziyarət etdi 

Xalq artisti Ağadadaş Ağayev mərhum Əməkdar artist  Baloğlan Əşrəfovun məzarını ziyarət edib. 

Axşam.az xəbər verir ki, müğənni həmin görüntüləri instaqram hesabında yayımlayıb. 

Ağayev "Əziz qardaşım, mən İstanbulda əməliyyata girərkən çox nigaran halda halımı soruşdun. Üç gün sonra zəng etdim, cavab vermədin.  Gecikmiş görüşümüzdə xeyli dərdləşdik. Ata, ana da bu görüşümüzə şahidlik etdilər. Cənnətin bu gözəl guşəsində bir yerdə olmağınız mənim üçün ən gözəl təsəlli oldu" deyə, paylaşımında yazıb.