Ramiz Novruzun qızı hər kəsi kövrəltdi:“Şok oldum ki, saçlarım...”


Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz paylaşımı ilə hər kəsi kövrəldib.
“Sherg.az” xəbər verir ki, o, atasının ölümündən sonra saçlarını kəsdiyini söyləyib və videosunu izləyiciləriylə bölüşüb:
“Atasının ölümünə dözməyib intihar edən qızın xəbərini eşitdim.

 Bir daha anladım ki, mən yaxşı qurtarmışam. Yoxsa beynimdən min dənə şey keçirdi. Atam dünyasını dəyişəndən bir həftə sonra özümə nə ilə cəza verə biləcəyimi düşünürdüm.

 Ac qalmaq istədim, gücün çatmadı, ölmək istədim, cürət etmədim, yəqin qorxağam. Özümə cəza vermək, incitmək üçün bunu düşündüm. Ağır cəza olduğunu düşünürəm, çünki mənə yaraşıq verən saçlarım idi. Qayçı ilə haradan və necə gəldi boşluğa düşüb kəsdim. Cavidan (qardaşı-red.) yanımda olsa, belə etməzdim. 

 Bu videoda isə kəsdikdən 10 gün sonra usta saçlarımı səliqəyə salırdı. Bir şeyə şok oldum ki, saçlarım ağarıb. Çünki ağ saç demək olar yox idi.  Birdən gördüm ki, saçlarım ağappaq olub. Bu videonu ona görə paylaşdım ki, məni qısa saçla görüb qorxmayın. Çünki həmişə başı bağlı, ya da pariklə gəzə bilməyəcəyəm. Atam demiş, bu da keçər”, - deyə, Ş. Novruz bildirib.
Qeyd edək ki, Ramiz Novruz xərçəng xəstəliyindən dünyasını dəyişib.