Qurban Məsimov vəzifəsindən getmək istəyir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

APA-nın məlumatına görə, mədəniyyət naziri Adil Kərimli hələlik ərizəni təsdiq etməyib.

Xatırladaq ki, o, 2013-cü ildən bu vəzifədədir.