İsa Həbibbəyli: Nobelə iddialı olmadıqca, heç vaxt bu mükafatı ala bilməyəcəyik

Yazıçılarımız Nobel mükafatının verilməsi ilə bağlı tez-tez narazılıqlarını ifadə ediblər. Hətta Məmməd Araz bununla bağlı şeir də yazıb.
APA xəbər verir ki, bunu AMEA prezidenti akademik İsa Həbibbəyli "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" adlı konfransda deyib.
"Əlbəttə, bizim də haqqımız var. Ona görə də bizim sərvətimiz qədər intelkektual tərəflərimiz də o istiqamətdə çalışmalıdır", - akademik əlavə edib.
AMEA prezidenti Nobelin əlçatmazlığı, müqəddəsliyinin adamlarda ciddi məsuliyyət yaratdığını vurğulayıb:
"Adamlar ona əlçatan kimi baxmayıblar. Bu mənada bizim məqsədimiz həmin mifləri qırmaq, eyforiyanı aradan qaldırmaqdır. Tanzaniyalı bir adam, vyetnamlı siyasətçi, banqladeşli bir nəfər həmin mifləri götürdüyü kimi biz də götürməliyik. Nobelə gedən yolda addımlamalıyıq. Biz iddialı olmadıqca, heç vaxt bu mükafatı ala bilməyəcəyik".