"Sözlər bu hissləri ifadə etmək qarşısında acizdir".
Sherg.az xəbər verir ki, o, bu sözləri İctimai televiziyaya müsahibəsində Azərbaycanın məşhur teatr və kino aktyoru Fəxrəddin Manafov deyib:
"Ümumiyyətlə,Qarabağla hər nə varsa, böyük bir həyati əhəmiyyət daşıyır. Son dəfə Qarabağdan 55 il öncə 14 yaşında olarkən çıxmışam. Dəfələrlə Şuşaya gedib gəlmişəm. Tək mənim deyil, bütün Azərbaycanlılar üçün belə bir günə şahidlik etmək əlamətdar bir hadisədir. Biz Xankəndindəki stadionda mənim ən sevdiyim futbol komandası olan "Qarabağ"ın ordusu ilə görüşəcəyik. Doğrudan, möhtəşəm bir gündür. Allah şəhidlərimizə rəhmət,qazilərimizə isə cansağlığı versin. Rəbbim Cənab Prezidenti hər zaman Azərbaycan dövlətinin başında görməyi nəsib etsin. Çünki, onun qısa vaxt ərzində etdiyini biz onilliklərlə gözləyirdik".