Anar: Mədəniyyət işçilərinin seçimi yenə də İlham Əliyevdir - YENİLƏNİB

"Gələn il həm də prezident seçkilərdir. Bu gün burada olan mədəniyyət işçilərinin səsi, məncə, yekdilliklə məlumdur. Bizim seçimimiz yenə də cənab Prezident İlham Əliyevdir".
APA xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Bakıda ilk dəfə keçirilən Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayında çıxışı zamanı deyib.


12:11
Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilir.
APA xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edir.