AZƏRBAYCAN TEATRI -150: ÜÇ ƏSRDƏN KEÇƏN TEATR

25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə  Azərbaycan milli professional teatrının 150 illik yubileyinə həsr olunmuş «AZƏRBAYCAN TEATRI – 150 - ÜÇ ƏSRDƏN KEÇƏN TEATR» mövzusunda elmi-praktik konfrans keçirilib. 
Sherg.az xəbər verir ki, Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən konfransda görkəmli teatrşünas-alimlər, sənət adamları və media nümayəndələri iştirak etdilər. İştirakçılar foyedə təşkil olunmuş sərgi ilə tanış olublar 
Konfransda dolğun və əhatəli məruzələr, teatr problemlərinin həlli yollarının axtarışı istiqamətində çıxışlar, qaynar müzakirələr, təkliflər səsləndirildi. Çıxışlararası teatrın 150 illik tarixini əks etdirən videoçarx göstərilib.
Turan Etibaroğlu