Ustad rəssam Ayla Alqan dünyasını dəyişib

O, Türkiyədə həm teatrda, həm kinoda, həm də musiqi aləmində fərq yaratmış sənətkardır. Uzun illər müəllim işləyən, gəncləri sənət həyatına hazırlayan Ayla Alqan 87 yaşında dünyasını dəyişib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ayla Alqanın vəfatı sənət aləmində dərin kədərə səbəb olub. Rəssam 2022-ci ildə Mədəniyyət və İncəsənət üzrə Prezidentin Böyük Mükafatına layiq görülüb.