Aygün Bəylərin cənazəsini Bakıya gətirən təyyarə yola düşdü 

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev Fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.
Sherg.az xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinin sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb.