Ağ Evdən Hollivuda: Obamanın qızı rejissor oldu!

ABŞ-ın keçmiş prezidenti Barak Obama və birinci xanım Mişel Obamanın qızı Maliya rejissor oldu! 25 yaşlı M. Obama ABŞ-da keçirilən Sundance Film Festivalında ilk qısametrajlı filmini təqdim edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Obama “Ürək” adlı qısametrajlı filmin rejissoru və ssenari müəllifi olub. Film haqqında danışan Obama, "Film itirilmiş əşyalar, tənha insanlar, bağışlanma və peşmanlıqdan bəhs edir" dedi.

Obama 2022-ci ildə Harvard Universitetini bitirib.

Digər tərəfdən, Obamaların Higher Ground Productions adlı film şirkəti var. Cütlük Netflix-in "Dünyanı geridə buraxın" filminin prodüserlərindən biridir.