Əməkdar artistin ölüm səbəbi bəlli oldu

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.
 Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.
 Yaxınlarının Moderator.az- a verdiyi məlumata görə aktyor mədə xərçəngindən uzun müddət əziyyət çəkib. 
 Bugün saat 12:00-da aktyorla Azərbaycan Dövlət Lənkəran Teatrında vida mərasimi keçiriləcək. 
 Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.