
Politoloq: Paşinyanın daha bir vəzifəsi var
Politoloq: Paşinyanın daha bir vəzifəsi var
Yusif Sultanoğlu
15:10 02.06.2024
Siyasət
617
Baş nazir erməni cəmiyyətini Zəngəzur dəhlizinin açılışına da hazırlamalıdır
Ermənistanda artıq Zəngəzur dəhlizinin açılacağı ilə bağlı xof yaranıb. Erməni siyasiləri hesab edir ki, Tavuşdan sonra Süniki (Zəngəzuru - red.) də itirəcəklər. Bu mövzuya toxunan erməni politoloqlar öz şərhlərində qeyd ediblər ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Bu barədə erməni şərhçi Avetis Babacanyan yazıb: “Tavuşdan sonra Sünik gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır. Müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar. Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.
Politoloq Vasif Əfəndiyev isə “Sherg.az”a açıqlamasında deyib ki, biz 44 günlük savaşı sülh savaşı adlandırmalıyıq:

“Azərbaycanın bu savaşdan sonra tərəflər arasında imzalanan aktı kapitulyasiya aktı adlandırmaq haqqı olduğunu heç kim inkar etmir. Lakin bu tərz erməni cəmiyyətini də çox narahat edir. Əslində bu savaş həm də sülhə məcburetmə savaşıdır. Ermənilər faktiki qorxu içində yaşayırlar. Qorxunu yaradan səbəb isə şübhəsiz ki, işğal dövründə etdikləri vandalizm və soyqırımıdır. Halbuki bütün olub keçənlərə baxmayaraq, ayıq başlı insanlar anlamalıdırlar ki, 1000 km uzunluqda sərhəddi olan iki qonşu dövlətin sülh və əmin-amanlıq şəraitində yaşamaqdan başqa heç bir doğru yolu yoxdur. Bu tezis daha çox Ermənistana aiddir. İnanın ki, indiki şərait və imkanlar qarşı tərəfin əlində olmuş olsaydı, bizə qarşı daha çox qəddar davranacaqdılar. Amma indi şərtlər elə dəyişib ki, bundan sonra uzun illər revanşistlərin işğalçılıq həvəsləri öləcək. İndi də yeni keşiş Baqrat oyununa başlayıblar. Bu cəhdlərin hamısı mənasız və özünü aldatmaqdır. Paşinyan da vəziyyəti anlamamış deyil, ona görə də üzərinə düşən ən ümdə vəzifə erməni cəmiyyətini Zəngəzur dəhlizinin açılışına hazırlamaqdır. Bütün maneələrə baxmayaraq, Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək yolun inşası qarşı tərəfdə davam etdirilir. Qazaxın işğalda olan 4 kəndinin danışıqlar yolu ilə qaytarılması və təxminən 100 km-ə qədər sərhədin demarkasiya olunması ümidlərimizi artırır. Əslində bizim üçün bu, ümid deyil və gərəyi olarsa, 44 günlük müharibənin şərtlərini birtərəfli qaydada həyata keçirmək imkanımız da var. Fikrimcə, Zəngəzur dəhlizinin açılması Qafqaza böyük sülh gətirməsi ilə yanaşı daha qlobal hadisələrin gerçəkləşməsinə vəsilə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət