Stoltenberq: İran, Şimali Koreya və Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləyən əsas ölkələrdir
13:05 10.07.2024
Dünya
462
“İran, Şimali Koreya və Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləyən əsas ölkələrdir”.
“Sherg.az”-ın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlər üçün brifinqdə deyib.
O, həmçinin alyansa üzv və tərəfdaş olan dövlətlərin Ukraynaya dəstək üzrə 5 elementdən ibarət paketi razılaşdıracağına ümidvar olduğunu söyləyib
“Bu elementlərdən ən əsası NATO komandanlığının Ukraynaya təhlükəsizlik və bu ölkədən olan hərbçilərə təlim keçirilməsi istiqamətində dəstəyinin, eləcə də Ukraynanın hava hücumundan etibarlı müdafiəsi də daxil olmaqla, orduya hərbi yardımın davam etdirilməsindən ibarətdir. Adlarını çəkdiyim iki əsas element Ukraynanı NATO-ya daimi üzvlüyə daha da yaxınlaşdırır. Bizim Avropadakı qoşunlarımız artıq uzun müddətdir, hazırlıq vəziyyətinə gətirilib. Digər tərəfdən bildiyiniz kimi Polşada da hava hücumundan müdafiə sistemlərimiz intensiv şəkildə fəaliyyətini davam etdirir".
O deyib ki, daha bir vacib məqam isə müdafiə sahəsinə investisiyaların artırılması ilə bağlıdır:
"Bu məsələ ilk dəfə alyansın 10 il əvvəlki sammitində gündəmə gətirilib. Əgər əvvəlki dövrdə hər il sadəcə alyansa üzv olan üç dövlət hərbi xərclərini artırırdısa, son bir illik dövrdə bu rəqəm 23-ə çatıb. Ukrayna müharibəsi gücümüzü birləşdirmənin vacibliyini göstərdi. Çünki İran, Şimali Koreya və Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləyən əsas ölkələrdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual