Şuşada Vaqif Poeziya Günləri keçiriləcək -Tarix bəlli oldu

Vaqif Poeziya Günləri nə vaxt keçiriləcək? 

Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.

“Sherg.az” xəbər verir ki, tədbir 17-19 iyul tarixlərində baş tutacaq.
Poeziya bayramına rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə AYB-nin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılacaqlar.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək  Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
42 illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

Xatırladaq ki, Poeziya bayramı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı  keçiriləcək.