Xalq artisti Həmidə Ömərova burnunu niyə əməliyyat etdirmədiyindən danışıb.
“Medicina” xəbər verir ki, aktrisa BTV-yə müsahibəsində hələ 24 yaşında burnunu kəsdirmək qərarına gəldiyini açıqlayıb.
“Anam rəhmətlik hələ çox istəyirdi burnumu kəsdirim. Mən də o vaxt Moskvada “Nizami”filminə çəkilirdim. Getdim orda həkimlərin qəbuluna. Mənə dedilər niyə gəlmisən.
Dedim burnumda bir az donqarlıq var. Dedilər, bilirsən ki, əməliyyatdan sonra çox dəyişəcəksən, dedim əlbəttə, burnum balacalaşaq. Biləndə ki, aktrisayam, özü də kinoda çəkilirəm, dedilər, sən get, çəkilişinə. Çəkil,nə vaxt ki, səni çəkməsələr, gələrsən. Beləcə məni yola saldılar”.