Uşaqlara həsr olunan “BONİ” filminin premyerası baş tutub -FOTO

Ötən gün "HEYO Media Group"-un ərsəyə gətirdiyi "Boni" filminin premyerası baş tutub. Premyeraya , tanınmış sənət adamları, uşaq birliyi kollektivləri qatılıblar.
Sherg.az xəbər verir ki, yeni filmin lahiyə rəhbəri və quruluşçu rejissoru Heydər Vüqaroğlu, ssenari müəllifi Mehriban Qazıyeva, Elnur Hüseynov, operator Hüseyn Abbasov, baş prodüseri Elnarə Rəcəblidir.

Filmdə xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, əməkdar artistlər Elnur Hüseynov, İlham Əsədov, tanınmış aktyorlar Zemfira və Ədalət Əbdülsəmədovlar, Elşən Şıxəliyev, Gülər Ləzgiyeva, Anar Seyfullayev və Ramil Məmmədov rol alıblar.

Filmin əsas məqsədi böyüklər və kiçiklər arasında  mərhəmət,yardımlaşmanını artırmaq.Ailədə və cəmiyyətdə uşaqların düzgün tərbiyə olunması nəzərdə tutulub. Bir müğənni xarici istirahətə gedərkən evində yaşayan çox uşaqlı ər-arvada Boni adlı itini əmanət edir. Lakin təsadüfən Boni itir və ailə onu tapana beş min manat mükafat vəd  edir. Bütün ailə onun axtarışına çıxır təsadüfən onun tapan kulon iti təhvil verib alacağı beş min manatı xəstəxanada təcili əməliyyata ehtiyacı olan dostunun arvadı üçün ödəmək istəyir.Lakin iti taksidə unudur. Taksi sürücüsü isə it üçün 10 manat istəyir.Ailədəki uşaqlar və onların dostları səfərbər olub plan qurub iti taksi sürücüsündən xilas edirlər. Ailə başçısı oğlunun ad gününə gələn klonu Bonini qaçıran adam olduğunu bilib onu sorğu-sual edir. Klon bunu  dostunun arvadının sağalması üçün etdiyini bildirir.Ailə başçısı evində qaldığı müğənninin 5 000 manatını klouna verir və müğənni gələnə qədər qaytarıb yerinə qoyacağını düşünür.Kluon sabah pulu təcili dostuna çatdırır. Gözlənilmədən müğənni istirahətdən vaxtından çox tez qayıdır ,ailə başçısı nə edəcəyini bilmir , naəlac qalır,ev sahibi müğənninin yanında etibardan düşəcəyini fikirləşir.Elə bu vaxt kloun yenidən qayıdır pulu geri qaytarır xəstəxanada əməliyyatı tibbi sığortanın həyata keçirdiyini söyləyir.Ailə başçısı təcili pulu qaytarıb yerinə qoyur bütün bunlardan xəbərsiz olan müğənni təsadüfən evində qalan bu ailənin Tural adlı oğlunun ad günündə 5 min manatı hədiyyə verərək Turalın musiqi təhsilinə yardım etmiş olur. Bütün bu hadisələr içərisində neçə neçə səhnələrdə bu ailənin uşaqları ilə tanışlığı olan digər qonşu uşaqlar maraqlı situasiyalara düşür,maarifləndirici mesajlar məsləhətlər verərək ətrafdakılara tərbiyəvi təsir göstərirlər.