
Fransanın Fələstini tanımasının bölgədə müsbət nəticələri olacaq -Politoloq
12:50 25.07.2025
Siyasət
424
Azərbaycan da daim iki dövlət prinsipini dəstəklədiyini bəyan edib
Həm İsrail, həm də Fələstin tərəfi sülhə nail olmaq üçün siyasi iradə göstərərsə, bu problemi həll etmək mümkündür
Fransa sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacaq.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib deyib.
“Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalan Fransa Fələstin dövlətini tanıyır”, – Makron yazıb.
Politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a deyib ki, Fransa İsrail-Fələstin münaqişəsində hər zaman iki dövlət prinsipini dəstəkləyib:

"Bu, alqışlanmalı mövqedir. 1967-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 242 saylı qətnamədə məhz iki dövlətin – İsrail və Fələstin dövlətlərinin yaradılması prinsipi öz əksini tapıb.
Hazırkı reallıqlar göstərir ki, münaqişənin ən etibarlı həlli məhz həmin qətnaməyə əsaslanaraq addımların atılmasıdır. Əks halda, Fələstin xalqının yer üzündən silinməsi təhlükəsi real görünür. Bu ilin aprelində BMT Baş katibi Antonio Quterreş də vəziyyətin kritik həddə çatdığını vurğulamış və bildirmişdi ki, iki dövlət prinsipi artıq ciddi təhlükə altındadır. Bu o deməkdir ki, sözügedən prinsipin həyata keçirilməsi imkanları getdikcə məhdudlaşır. Belə bir şəraitdə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi qaçılmaz görünür. Fələstin tərəfdən çox sayda dinc insan həyatını itirib. Bu baxımdan, beynəlxalq ictimaiyyət tərəfindən iki dövlət prinsipinə veriləcək dəstək münaqişənin həllinə müsbət təsir göstərə bilər. Bu yol, əslində, yeganə çıxış yolu kimi qiymətləndirilə bilər.
Fransanın bu mövqeyi Yaxın Şərqdə sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bir neçə ay əvvəl Fransanın Avropa və Xarici İşlər Naziri də ölkəsinin iki dövlət prinsipini daim dəstəkləyəcəyini bəyan etmişdi. Fransa Fələstini rəsmi olaraq tanıdığı təqdirdə, digər ölkələrin də bu yöndə addım atacağı ehtimalı artar".
Analitik əlavə edib ki, Avropa ölkələri arasında Fələstin xalqına qarşı zorakılıqlardan narahatlıq ifadə edən dövlətlər az deyil:
"Vaxtilə İordan çayı ilə Aralıq dənizi arasında Fələstin dövlətinin yaradılması nəzərdə tutulurdu. İsrail ərazisində yaşayan fələstinlilərə isə seçim imkanı verilməliydi – ya yaşadıqları yerdə qalmaq, ya da yeni yaradılacaq Fələstin dövlətinə keçmək. Əgər o zaman bu prinsiplər əsasında beynəlxalq iradə nümayiş etdirilsəydi, bu qədər dinc insan həyatını itirməzdi. Həmçinin münaqişə də bu dərəcədə kəskinləşməzdi. Amma bu gün biz hər gün yeni insan tələfatının və qanlı toqquşmaların şahidi oluruq. Fransa tərəfi dəfələrlə Livanda baş verənlərə də diqqət ayıraraq, bölgədə sabitliyin bərpasına dəstək verməyə hazır olduğunu bildirib. Digər tərəfdən Azərbaycan da daim iki dövlət prinsipini dəstəklədiyini bəyan edib. Bu, sağlam məntiqə əsaslanan mövqedir. İki dövlət prinsipi əsasında aparılacaq həll prosesi bölgədə dayanıqlı və etibarlı sülhə gətirib çıxara bilər. Əgər bu yanaşma həyata keçirilməzsə, münaqişənin daha uzun illər davam edəcəyi və Fələstin xalqının mövcudluğunun təhlükə altına düşəcəyi real görünür".
Elşad Mirbəşiroğlu vurğulayıb ki, hazırda əhalisinin yarıdan çoxunu uşaqlar təşkil edən iki milyona yaxın Fələstinlinin həyatı ciddi risk altındadır:
"Həm İsrail, həm də Fələstin tərəfi sülhə nail olmaq üçün siyasi iradə göstərərsə, bu problemi həll etmək mümkündür. Əgər Fransa bu ilin sentyabrında BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyarsa, bunun bölgədə və beynəlxalq aləmdə müsbət nəticələri ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm