Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirən Xalq artisti Akif İslamzadə səhhətindəki son vəziyyətdən danışıb.
Xalq artisti Teleqraf-a açıqlamasında səhhətinin normal olduğunu deyib: "Səhhətim yaxşıdır, müalicələrim ev şəraitində də davam edir. Özümü normal hiss edirəm".
Qeyd edək ki, 77 yaşlı Akif İslamzadə bir müddət əvvəl ürək əməliyyatı keçirib.