Atatürkü canlandıran aktyor çəkilişlərinin çox çətin olduğunu etiraf edib
“Atatürkə layiq olmaq üçün 2 il yarım işlədik”
“Atatürkə layiq olmaq üçün 2 il yarım işlədik”
Yusif Nəzərli
09:56 25.10.2023
Mədəniyyət
675
“15 dəqiqə özümə gələ bilmədim…”
Atatürkü canlandıran aktyor çəkilişlərinin çox çətin olduğunu etiraf edib
Atatürkü canlandıran aktyor çəkilişlərinin çox çətin olduğunu etiraf edib
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində İstanbulda Atatürk Mədəniyyət Mərkəzində “Atatürk- 1881-1919” filminin təqdimatı olub. Filmdə Atatürk obrazını canlandıran türkiyəli aktyor Aras Bulut İynəmli çəkiliş zamanı keçirdiyi çətin anlardan bəhs edib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, təqdimat gecəsində aktyor “Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı bir məktub var. Biz filmdə o məktubu Çanaqqala savaşının sonunda ekrana gətiririk. Məktubun məzmunu mənə elə dərin təsir etmişdi ki, o səhnənin çəkilişlərinə hazırlıq başlayanda, 15 dəqiqə özümə gələ bilmədim”, söyləyib. A.B.İynəmli filmin çəkilişlərinin çox çətin olduğunu etiraf edib: “Özümü həyəcanlı deyiləm kimi göstərməyə ehtiyac yoxdur. Əlbəttə, həyəcanlıyam. Dünyanın ən güclü və hörmət edilən liderlərindən birinin obrazını yaratmaq kimi məsul bir vəzifə mənə tapşırılıb. Cümhuriyyətimizin 100-cü ildönümündə Mustafa Kamal Atatürkün gəncliyini canlandırmaq qismətim oldu. Bir şey haqqında düşünürdüm: Buna layiq olmaq. Atatürkə layiq olmaq üçün komanda kimi çox çalışdıq. 2 il yarım işlədik. İndi tamaşaçı qarşısındayıq. Söz tamaşaçınındır”.
Qeyd edək ki, Atatürkün gəncliyindən bəhs edən filmin, əvvəlcə 6 seriyalı olması planlaşdırılıb. Lakin “Disney” yayımçı şirkəti müqavilə şərtlərini pozduğundan filmin 2 hissəli çəkilməsi qərara alınıb. Filmin xüsusi bölümü 29 oktyabr – Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü günü ekrana çıxacaq. Daha sonra filmin birinci hissəsi noyabrın 3-də, ikinci hissə isə 5 yanvar 2024-cü ildə nümayiş olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual