
Belə himn ifası yenilik idi və gözəl alınmışdı - Kamil Şahverdi
12:57 22.09.2025
Mədəniyyət
666
Alim Qasımov və Fərqanə xanım himnimizi layiqli şəkildə ifa etdilər
“Formula 1” Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himni ənənəvi qaydada deyil, fərqli şəkildə ifa olunub. Xalq artisti Alim Qasımov, qızı Fərqanə Qasımovayla birlikdə səhnəyə çıxaraq dövlət himnimizi ifa ediblər. Həmişəki kimi ifanı bəyənənlər çoxdur, bəyənməyənlər də var. Bəyənməmək nə Alim Qasımovun, nə də Fərqanə xanımın sənəti ilə bağlı deyil. Alim Qasımov Azərbaycanın 1 nömrəli səsidir.
“Səs nömrə 1“in Formula 1-də səhnəyə çıxmasının bəyənilməyəcək tərəfi də yoxdur. Sadəcə, dövlət himnimiz adətən orkestr və xorun ifasında səsləndiyindən, şüurumuzda məhz bu formada qaldığından 2 nəfərin ifası qeyri-kafi görünə bilər. Amma Alim alimliyini, Fərqanə xanım da əsl varisliyini bu dəfə də sübut etdi. İfa gözəl idi. Fəqət, orkestr və xorun ifasındakı kimi möhtəşəm deyildi.
Alim Qasımov özü isə bu barədə Teleqraf-a açıqlamasında danışıb. "Qızım Fərqanə xanımla birlikdə Formula 1-də Azərbaycanın Dövlət Himnini duet şəklində ifa etmək bizə qismət oldu. Çox qürurluyuq. Bu ifa bizim üçün çox böyük bir fərəh və fəxr anı idi. Duetin ideyası Fərqanə Qasımovaya məxsusdur. O, bu layihə üzərində öncədən düşünərək hazırlıqlara başlamışdı və son nəticədə mənimlə duet şəkilində ifa etməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdim.Əslində, himnimizin bu oranjemanı çoxdan yazılıb. Amma bu cür əhəmiyyətli beynəlxalq tədbirdə himn ifa etməyimiz ilk idi",-deyə Xalq artisti əlavə edib. Alim Qasımov qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisində çıxış etmək təklifi təşkilatçılardan gəlib: "Biz də bu önəmli çıxış üçün iki gün gərgin məşq etdik. Səhnəyə çıxarkən məsuliyyətin ağırlığını və bu ifanın nə qədər simvolik olduğunu dərindən hiss edirdik. Canlı ifa zamanı xüsusilə xarici tamaşaçıların reaksiyası bizi çox duyğulandırdı. Onlar himnimizi dinləyərkən çox təsirləndiklərini bildirdilər, bəziləri "tüklərimiz biz-biz oldu" deyə ifadə etdilər. Bu, bizim üçün ən böyük qiymətdir. Əgər yenidən belə bir təklif olarsa, yenə böyük sevinc və məsuliyyət hissi ilə Azərbaycan himnini ifa edərik. Bu an bizim yaddaşımızda hər zaman xüsusi yer tutacaq".

Qeyd etdyimiz kimi məlum ifanı bəyənməyənlər də olub. Sherg.az məsələyə mütəxəssis rəyini öyrənib. “Rəşid Behbudov Fondu”nun direktoru Kamil Şahverdi “Şərq”ə açıqlamasında qeyd etdi ki, Alim və Fərqanə Qasımovların dövlət himnini duet şəklində oxuması normal haldır:
- Dünya təcrübəsində belə hallar olur, hər hansı beynəlxalq səviyyəli, mötəbər tədbirlərdə bu səpkili şoular düzənlənir. Məsələn, “Oskar” mükafatının təqdimetmə mərasimində tanınmış amerikalı aktyorlardan biri çıxıb ABŞ-nin himnini ifa edə bilir. Olimpiya oyunlarının açılışında, yaxud futbol üzrə dünya çempionatlarında dünyaca sevilən, tanınmış “ulduz”lar açılış edir, dövlət himni və ya açılış üçüm özəl olaraq bəstələnmiş mahnı ifa edirlər. Bunlar həmin tədbirə, mərasimə xüsusi rəng qatmaq, rəngarənglik vermək üçün edilir. Göstərişli bir şou yaradılır. Hesab edirəm ki, Formula 1 - Azərbaycan Qran-Prisinin təşkilatçıları da məhz belə bir göstəriş, yaxşı mənada şou yaradılmasını nəzərdə tutaraq dövlət himninin duet şəklində və məhz Alim Qasımov və Fərqanə xanımın ifasında səslənməsini uyğun görüblər. Onlar da himnimizi yeni formada təqdim edərək, layiqli şəkildə ifa etdilər. Lent yazısı da səsləndirmək olardı, lakin bu, həmişə dinlənən ifa olacaqdı. Bu isə yenilik idi və gözəl alınmışdı.
K.Şahverdi qeyd etdi ki, bəzən beynəlxalq səviyyəli tədbirlərdə orkestri tam heyətlə səhnəyə çıxarmaq mümkün olmur. Himnin canlı səslənməsi üçün gərək orkestr də, xor heyəti də səhnəyə çıxsın. Bunun üçün heç də həmişə uyğun şərait olmur. Formula 1-in builki açılış mərasimində təşkilatçılar yenilik etdi və bu yaxşı alındı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm