Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İbrahim Tatlıses xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, virusa yoluxduğu üçün hazırda xəstəxanada müalicəsi davam edən ifaçını qalmaqal yaşadığı övladları tək qoymayıb. Müğənninin qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert xəbəri eşidən kimi xəstəxanaya yollanıb. Ahmet haqqında atasına yaxınlaşmamaq qərarı olduğu üçün xəstəxananın içərisinə daxil ola bilməyib.
Məsələyə müğənni Günel Zeynalova da sosial media hesabında münasibət bildirib:
"Sevdiyim görüntü budur. Biz onun övladıyıq. Tez bir zamanda eyni kadrda olmaq arzusu ilə. Ailədən biri olaraq bu hal məni də çox sevindirdi. İbrahim atam güclüdür, xahiş edirəm, ayağa qalx".