Mədəniyyət naziri və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər
Yusif Nəzərli
06:40 18.09.2025
Mədəniyyət
649
Mədəniyyət naziri Adil Kərimli və incəsənət xadimləri l Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Teleqraf xəbər verir ki, nazir Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edib, 18 sentyabr tarixinin mədəniyyətimizin ən əlamətdar günlərindən biri olduğunu vurğulayıb:
“Üzeyir Hacıbəylinin dünyaya səs salan, çox böyük məzmun və formaya malik sənət əsərləri yaşadılır və dünyaya tanıdılır. Bu gün Azərbaycanın öz musiqisi ilə qeyd etdiyi Milli Musiqi Günü heç də təsadüfi deyil. Bu tarix milli musiqi məktəbinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır, böyük bəstəkarımız bu gün doğulub.
Üzeyir Hacıbəylinin xatirəsini hər bir azərbaycanlı, istər ölkə daxilində, istərsə də dünyanın müxtəlif yerlərində ehtiramla yad edir.
Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyidir. Ölkəmizdə bu əlamətdar tarix yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunur. Tədbirlər planı hazırlanıb. 140 illik yubiley çərçivəsində Azərbaycanın musiqi incilərinin ən gözəl nümunələri təkcə ölkəmizdə deyil, dünyada geniş şəkildə səsləndirilir. İtaliya, Avstriya, Almaniya və Türkiyə kimi ölkələrdə konsertlər verilir. Onu da xatırladım ki, 18 sentyabr - Milli Musiqi Günü Üzeyir bəyin 110 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilib".
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açıb. Onun sözlərinə görə, nə qədər ki Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi yaşayacaq:
"Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin sürətlə inkişaf etməsinə böyük töhfə verib. Bir insan olaraq nə qədər yeniliklərə imza atıb, dəyərli əsərlər yaradıb. Neçə-neçə istedadlı insanı musiqiyə cəlb edib, bu sənətə sevgi aşılayıb".
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev Üzeyir Hacıbəyli irsinin daim Azərbaycan musiqisinin yaddaşında yaşayacağını ifadə edib.
Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin məzarlarını da ziyarət ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat