Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

Ötən gün xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti ağır stabil olaraq qalır.