“Ozan Saz” televiziya müsabiqəsinin birinci buraxılışı (VİDEO)

Borçalı aşıq sənətinin qorunması, yaşadılması və gələcək nəsillərə sevdirmək məqsədilə 24News media tərəfindən təşkil olunan “Ozan Saz” televiziya müsabiqəsinin birinci mərhələsi baş tutub.

Yarışmaya müraciət edən 20-yə yaxın iştirakçı arasından münsiflər heyətinin səsverməsi nəticəsində 12 nəfər növbəti mərhələyə vəsiqə qazanıb.

Seçim mərhələsində iştirakçıların ifa bacarıqları, səhnə mədəniyyəti və sənətə yanaşmaları münsiflər tərəfindən qiymətləndirilir.

“Ozan Saz” televiziya müsabiqəsinin birinci buraxılışını sizə təqdim edirik: