Şair Yusif Həsənbəy vəfat etdi

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyli bu gün vəfat edib.

Bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şair ötən gün "Məlhəm" Hospitalından Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.

Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.