Şəhid ailələri və qazilər üçün Novruz bayramına həsr olunmuş tədbir keçirilib -FOTO
Şəhid ailələri və qazilər üçün Novruz bayramına həsr olunmuş tədbir keçirilib -FOTO
11:56 13.03.2024
Mədəniyyət
836
Beynəlxalq Muğam Mərkəzi, “Sağlamlığın Qorunması” İctimai Birliyi, Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyi, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş "Novruz" adlı tədbir keçirilib.
Sherg.az bildirir ki, Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.
"Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam" İB-nin sədri, Əməkdar artist, Nuriyyə Hüseynova, "Sara Xatun Mədəni Maarifçilik" İB-nin sədri Pərvanə Abbasova, “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyeva, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə və Medpro MMC-nin rəhbəri Hidayət Heydərova çıxış ediblər. Onlar tədbir iştirakçılarını lNovruz bayramı münasibətilə təbrik ediblər. Təşkilatçı ictimai birliklərin rəhbərləri ölkəmizdə Novruz bayramının önəmindən, son illərdə daha da coşqulu qeyd olunmasından bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalanır. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə Ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub. Onlar şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından danışıblar, şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzu ediblər.
Daha sonra musiqi proqramı ilə tədbir davam edib. Konsert proqramında Çilənay Huseynova, Tural Salmanov, Zakir Əliyev, Zabitə Alıyeva, Rəvan Qacayev, Bülbül adına məktəbin tələbələri "Zəfər" kompozisiyası, Milli Konservatoriyanın muğam sinfi - Nuriyyə Hüseynovanın tələbələri, Ramal İsrafilov, Nisbət Sədrayeva və Nuriyyə Hüseynova ifa ediblər.
Sonda “Ləzzət Şirniyyat”ın təşkilatçılığı ilə şəhid ailələri və qazilərə hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət