TƏCİLİ SİQNAL! – “Ya təmas xəttində, ya da sərhəddə təxribat...” – Son variant !
Banuçiçək Kalbalıyeva
09:01 01.09.2020
Mədəniyyət
1200
“Çox güman ki, elə təmas xəttini seçə bilərlə. Hər halda gərginlik istisna deyil”
Ermənistanda “Müdafiə haqqında” Qanuna dəyişiklik ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu onu göstərir ki, Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa resursu yoxdur. Mərkəzi hakimiyyət isə orduya nəzarəti itirib, ona görə də ona etibar etmir. Belə bir şəraitdə Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır. Yaradılan dəstələrə xaricdən muzdluların cəlb olunacağına əminlik də bunun bariz nümunəsidir.
Deməli, faktiki olaraq Ermənistan ordusu iflic vəziyyətdədir. Paşinyanın narahatlığından irəli gələn bu addımlarını “Sherg.az”a dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov bunun Ermənistan rəhbərliyi üçün son variant olduğunu düşünür:
“Paşinyan sözügedən təşəbbüsü çıxış yolu kimi görür. Aprel döyüşlərindən sonra o, daxili qoşunlardan və polislərin gücündən yararlanmağa başlamışdı. İndi də oxşar situasiyadır. Azərbaycan tərəfinin sərt mövqeyi, baş verən döyüşlər, Türkiyə bizə dəstəyi, həmçinin birgə keçirdiyimiz hərbi təlimlər, Rusiyanın qismən sakit mövqeyi Ermənistan cəmiyyətində qorxu yaradıb. Bu barədə yerli KİV də yazır. İnsanlar Paşinyanın nağılına daha inanmır, reallığı dərk edirlər. Baş nazir özü də siyasi karyerasının başa çatdığını duyur”.
Ş.Ramaldanovun sözlərinə görə, könüllü ordunun yaradılmasında başqa məqsədlər də var:
“Məlumatda göstərilir ki, briqadalara yerli icra başçıları, onların müavinləri rəhbərlik edəcək. Deməli, Paşinyanın silahlı qüvvələrinə inamı yoxdur. Elə o, özü də hərbçilər arasında nüfuz sahibi deyil. Paşinyan könüllü batalyonları həm hərbi, həm də daxildə baş verəcək hansısa proseslərə nəzarət etmək məqsədilə yaradır”.
Ehtiyatda olan polkovnik, həmçinin orduya muzdlu döyüşçülərin gətirilməsi məsələsinə də toxunub:
“Suriyadan, Livandan Ermənistana muzdlu döyüşçülər cəlb edilir. Əgər ancaq yerli vətəndaşların olması barədə bir məhdudiyyət yoxdursa, yəqin ki, proseslə bağlı hüquqi baza yaradılacaq. Hərbi əməliyyatlar başlayacağı təqdirdə ordumuz muzdlu döyüşçülərlə qarşılaşa bilər. Birinci Dağlıq Qarabağ müharibəsi illərində də belə olmuşdu. Hər halda belə meyillər görünür. Bu isə onu deməyə əsas verir ki, Ermənistan konstruktiv mövqe tutmaq istəmir. Ermənistan Dağlıq Qarabağda vəziyyəti gərgin saxlamağa çalışır. Əslində bu, onun yeganə çıxış yoludur.
O, daxildəki proseslərlə əlaqədər insanların fikrini yayındırmaqdan ötrü belə edir. Paşinyan bu yaxınlarda yenə də Dağlıq Qarabağa gedib, yerlərdəki vəziyyətlə tanış olub. Məncə, ya təmas xəttində, ya da dövlət sərhədində yenə də hansısa təxribat ola bilər. Çox güman ki, elə təmas xəttində. Hər halda gərginlik istisna deyil.
Bilirsiniz ki, bir müddət əvvəl Ermənistanın diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürüldü. Deməli, onlar sakit durmaq istəmirlər. Beləliklə də, Azərbaycanı adekvat addım atmağa məcbur etmək istəyirlər. Sözsüz ki, Silahlı Qüvvələrimiz düşməni hər an izləyirlər.
Ordumuz hər an ermənilərə tutarlı cavab vermək iqtidarındadır. Paşinyan vaxt qazanmaq məqsədilə həm də danışıqları uzatmağa çalışır. Hər halda niyyəti, məqsədi aydındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə