Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb

Xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

Bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır.

"Xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilmişdir. Vəziyyəti ağır stabildir. Kompleks müalicəsi davam edir", - Mərkəzi Klinikanın məlumatında deyilir.