Medianın İnkişafı Agentliyinin (MEDİA) “ADA” Universiteti ilə birgə təşkil etidiyi “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlar davam edir.
"Sherg.az" MEDİA-ya istinadən xəbər verir ki, universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər.
Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.