Artıq yay mövsümü olduğu üçün jurnalistlər məzuniyyət hüquqlarından istifadə edirlər. Məzuniyyət üçün bölgələri seçənlər də var, xarici ölkələrə üz tutmaq istəyənlər də.Maraqlıdır həmkərlarımız yay tətilini harada və necə keçirməyi planlayırlar?
"Sherg.az"olaraq bu suallara cavab tapmaq məqsədilə jurnalistlərə müraciət etdik.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı yay tətilini ölkə daxilində keçirəcəyini bildirib:
"Azərbaycanda xeyli maraqlı yerlər var. Çalışıram ölkədə olmadığım yerlərə gedim.Bundan əvvəl Xızıya və İsmayıllıya getmişdim maraqlı yerlər var idi. Problem çıxmasa, bir neçə gündən sonra Göygöldə yaylaq festivalı keçirələcək, orada iştirak etmək istəyirəm".
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də məzuniyyətini Azərbaycanda keçirəcəyini deyib:
"İndiki vəziyyətdə xarici ölkələrə getmək cətin məsələdir. Yəqin, ölkə daxilində bir yer tapıb gedərik".
İdman Azərbaycan kanalının müxbiri İbrahim Məmmədov bildirib ki,artıq 20 gündür məzuniyyətdədir:
"Məzuniyyətimi vətən də keçirməyə üstünlük verdim. Önəmli olan sevdiklərim və ailəmin yanımda olmasıdır."
Pirallahı rayonu tibb mərkəzinin mətbuat katibi Səkinə Rüstəmzadə də, məzuniyyətini ölkə daxilində keçirəcəyini söyləyib:.
"Məzuniyyətə avqust ayında çıxmağı planlamışam. Büdcəmlə əlaqədər yay tətilini Şamaxı rayonunda keçirmək istəyirəm".
"Şərq" qəzetinin müxbiri İsmayıl Qocayev də,məzüniyyəti vətəndə keçirəcəyini deyib.
"Yay tətilimi doğulub boya-başa çatdığım Ağdaş rayonunda keçirəcəm.Əlbəttə, mən də, xarici ölkələrə getmək istəyərdim. Laki maddi durumum buna imkan vermir".