Avropada ilin ən böyük media tədbiri keçirilir - FOTOLAR

İtaliyanın Perugia şəhərində Beynəlxalq Jurnalist Festivalı keçirilir.
"Sherg.az"ın xəbərinə görə, bu, Avropada ilin ən böyük media tədbiridir. Bu festivalda dünyanın əksər ölkələrindən media təmsilçiləri qatılıb.
Qeyd edək ki, tədbirə Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də qatılıb.


Bir neçə gün davam edəcək sessiyada 600-dən çox məruzə dinləniləcək. Müzakirə mövzuları isə müasir medianın daha da təşviqi, bu gün daha çox auditoriya qazanan etibarsız məlumat mənbəyi olan sosial şəbəkələrdəki auditoriyanı qazanmağın yollarından danışılır.

Məruzəçilər ABŞ, Britaniya və Avropa ölkələrinin nüfuzlu təşkilatlarının rəhbərləridir.

Müzakirə mövzuları arasında diqqət çəkən mövzulardan biri də, müharibə dövründə medianın necə çalışmasıdır.

Ukrayna timsalında müzakirəyə çıxarılan bu mövzu Azərbaycan mediası üçün də mühüm əhəmiyyət kəsb edir.

Burada müharibə xəbərlərini yayan jurnalistlərin peşə fəaliyyəti ilə yanaşı ictimai məsuliyyəti arasında paralellik aparılır.

Jurnalist bir tərəfdən müharibə xəbərini yaymalıdır, amma bunu edərkən onun cəmiyyət üçün zərərli nəticələri ola biləcəyindən də ehtiyyatlanmalıdır. (Gununsesi.info)