Nəsimi Nəbizadə AzTV-də işə düzəldi - Açıqlama

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.
Bu barədə Bakupost.az -a Əməkdar jurnalist özü bildirib.
O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:
"Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda Bakupost.az -a geniş videomüsahibə vermişdi.
O, müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi:
"İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər".
Böyük rezonans doğuran həmin müsahibədən sonra ölkənin tanınmış adamları, media rəhbərləri "Bakupost" vasitəsi ilə N.Nəbizadə ilə əlaqə saxlayıblar.