Tanınmış aparıcının nəşi Salyana gətirilib - YENİLƏNİB

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

20:03

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəfat edib.

APA xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı bu gün vəfat edib.

Qeyd edək ki, bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

Allah rəhmət eləsin!