Media nümayəndələri Şuşada rəqs etdi - Video

Şuşada Qlobal Media Forumunun iştirakçıları üçün Qala ziyafəti təşkil olunub.

“Sherg.az”ın məlumatına görə gecədə Xalq artisti Mənsum İbrahimov səhnə alıb.

Tədbirdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal və digər media nümayəndələri xanəndənin ifasında səslənən “Qarabağ” mahnısına rəqs edib.

Bu anları “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov paylaşıb.