Tanınmış jurnalist Sevil Nuriyeva “Şərq”in 27 yaşını təbrik edib

“Gələcək nəsillər sizlərdən heyranlıqla bəhs edəcək” 

Azərbaycan mətbuatının peşə prinsiplərinə sadiq, ciddi, milli-mənəvi kökə dayanan yayın siyasəti ilə cəmiyyət və tarix qarşısındakı məsuliyyətini idrak edən bir addır “Şərq” qəzeti. 
Görkəmli yayın ömrü Türk İslam ideyasına ehtiram uzərinə olması milli mətbuatın ən sevilən ismi olaraq tarixin ən hörmətli səhifəsində, millətimizin qəlbində taxt, milli hafizəmizdə isə silinməz irsin də adıdır “Şərq”.
Yayın həyatına başladığı ilk gündən bu şərəfli yola imzası ilə töhfə verən bütün həmkarlarımı təbrik edirəm.
Qoca Şərqin dəyərlərinə sayğı ilə xidmət etdiyiniz üçün gələcək nəsillər sizlərdən heyranlıqla bəhs edəcək.

Sizə böyük sevgi və sayğı ilə həmkarınız və dostunuz Sevil Nuriyeva