Qarabağda yeni radio yayımına başlanıldı

1941-ci ildə yaranan Beynəlxalq Radio bugündən 24 saatlıq yayım rejiminə keçib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd edilib ki, hələlik yalnız Qarabağda 101.1 FM dalğasında yayımlanır. Yaxın gələcəkdə isə bütün Azərbaycanı əhatə edəcək.