Məzarı açanlar şoka düşdü: Dərisi yumşaq və isti idi
Məzarı açanlar şoka düşdü: Dərisi yumşaq və isti idi
09:18 29.03.2024
Gündəm
351
Öləcəyini duydu və vəsiyyət etdi!
75 il məzarda oturaq vəziyyətdə, dərisi çürüməmiş halda qalan meyit görənləri heyrətə salıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, görənləri heyrətə salan məzar buddist rahib Daşi Dorzho İtigilova məxsusdur. Daşi Dorzho Buryatiyada (Rusiya Federasiyası) anadan olub. 16 yaşında yetim qalıb. Buddist məbədində yaşamağa və buddizm təlimini öyrənməyə başlayıb. 1911-ci ildə daha bir neçə rahiblə birlikdə Hambo Lama – bölgənin dini lideri olmağa namizəd göstərilib. Fəxri titul aldıqdan sonra buddizm etiqadını gücləndirərək dinin fərqli məzhəblərini birləşdirməyə çalışıb. Tələbələri onu çox sevib, dərin hörmət bəsləyib. 1927-ci ildə tələbələrinə təlim keçərkən bunun sonuncu dərs olacağını hiss edib. Və bunu tələbələrinə söyləyib. Vəsiyyətini də onlara bildirib. Rahib vəsiyyət edib ki, hansı vəziyyətdə canını tapşırsa, o şəkildə də dəfn edilsin, məzarı 30 il sonra açılsın. Rahib ölümündən bir neçə dəqiqə əvvəl “lotus” oturuş tərzi alıb və bu vəziyyətdə də vəfat edib. “Lotus” tərzi Buddanın rəmzidir (Lotus çiçəyi ruhun yenidən doğuşu və inkişafı ilə əlaqədardır. Bu, mənəvi böyüməni və həyatın maneələrindən yuxarı qalxma qabiliyyətini simvollaşdırır). II Dünya müharibəsindən sonra İ.Stalin buddistlərə Buryatoya yaxınlığındakı bir vadidə məbəd inşa etməyə icazə verib. İtigilovun tələbələri isə müəllimlərinin vəsiyyətini unutmayıb və 30 il sonra əvvəlki məbədlərinin yerləşdiyi əraziyə qayıdaraq rahibin məzarını açıblar. Və gördükləri qarşısında heyrətə düşdülər. Rahib İtigilov 30 il əvvəl məzara necə qoyulmuşdusa, eləcə də qalırdı. Dərisi demək olar, heç dəyişməmişdi. Yumşaq və isti idi. Tələbələr nə edəcəklərini bilməyib. Tələbələrdən biri təklif edib ki, müəllimin nəşini duzlayaraq gizli bir məzara gömsünlər. Çünki rahibin nəşini məbədə aparmağa onlara icazə verilməyəcəyini biliblər. Tələbələr müəllimi yenidən dəfn edib. 75 il sonra Agvan Dorziyev adlı bir keşiş, İtiligovun hekayəsini duyaraq təsirlənib. İtiligovun məzarından çıxarılmasına şahidlik etmiş 88 yaşlı buddist rahibi taparaq ondan məzarın yerini öyrənib. Ölümündən tam 75 il sonra məzarı təkrar açılıb və yenə hamını heyrətə salıb: rahibin nəşi yenə olduğu kimi qalırdı. Oturaq vəziyyətdə, dərisinin rəngi çox da dəyişməmiş, isti və yumşaq. Bu dəfə isə rahibin nəşi buddist məbədinin təhlükəsiz bir hissəsinə gömülüb. Dini lider Hambo Lama Ayuşeyev isə “bu, mənim üçün həyatda gerçəkləşə bilən ən böyük möcüzədir. Belə görünür ki, üzərində zamanın heç bir söz sahibi olmadığı olaylar yaşana bilir", söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi