
Ekspert: "Köhnə hamam, köhnə tas" qaydasında adın dəyişdirilməsinin hansısa əhəmiyyəti qalmır
11:40 20.02.2025
Sosial
437
Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
"Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur", - nazir bildirib.
Təhsil eksperti Elçin Əfəndə “Sherg.az”a bildirib ki, akademiya elə bir istiqamətdir ki, burada daha çox elmi tədqiqat işləri aparılır:

“Yəni fəaliyyət dövründə təhsildən çox akademiklərin və yaxud təhsil alanların, tədqiqat işlərini aparmaları nəzərdə tutulur. İnstitutda isə tədqiqat xarakteri var. Burada sadəcə olaraq təhsil tərəfinə daha çox diqqət yetirilir. Yəni təhsil və tədqiqat paralel birgə aparılır. Universitet isə bir neçə ixtisas üzrə konkret olaraq təhsilin verilməsi və müəyyən tədqiqat işlərinin aparılmasıdır. Yəni universitetin təyinatı bütün ixtisaslar və ixtisaslar üzrə təhsilin verilməsi, müəyyən ixtisaslar üzrə digər tədqiqat işlərinin aparılmasıdır. Amma düşünmürəm ki, burada hər hansı bir adın verilməsi ümumi təhsil göstəricilərinə təsir göstərəcək. Sadəcə profillər müəyyənləşə bilər. Yəni adı dəyişməklə konkret olaraq akademiya akademiya, institut institut, universitet isə universitet olarsa bu zaman bəlkə də təhsil keyfiyyətinə təsir edə bilər. Amma adı dəyişib, yenə də köhnə hamam, köhnə tas qaydasında qalacaqsa, o zaman hər hansı bir əhəmiyyəti qalmır. Ümumiyyətlə, bizim təhsil haqqında qanunda göstərilir ki, ali təhsil müəssisələri bir neçə istiqamət üzrə adlana bilər. Məsələn, daxili institutlar, konservatoriyalar, akademiya, universitet, kolleclər və yaxud ali kolleclər bu adlar altında fəaliyyət göstərə bilər. Profil üzrə adlara baxılacaqsa da, mütləq o profil üzrə də həmin universitetlər və yaxud yerli təhsil müəssisələri fəaliyyət göstərməlidir ki, keyfiyyətdən danışmaq mümkün olsun. Əks halda keyfiyyət məsələsi özünü göstərməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət