9 azərbaycanlı jurnalistə ədalət tələb edirik
Yusif Nəzərli
00:26 03.11.2022
Media
1055
Azər Həsrət: "Bir toplu hazırlanmalı və beynəlxalq tədbirlərdə təqdim edilməlidir"
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son” Beynəlxalq günü münasibətilə "Twitter" hesabındakı paylaşımında bildirilib. “Bu gün “Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son” Beynəlxalq günündə biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik”, - paylaşımda qeyd olunur.
Nazirliyin məlum paylaşımının əhəmiyyətli olduğunu vurğulayan Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Şərq”ə açıqlamasında bu istiqamətdə ardıcıl iş aparılmasının vacibliyini önə çəkdi:
- Mən uzun illər beynəlxalq platformalarda çıxışlar etmişəm, sənədlər hazırlayıb göndərmişəm və bu sənədlərin beynəlxalq hesabatlarda yer almasına çalışmışam. Beynəlxalq insan haqları platformalarında çıxışlarım zamanı Qarabağ müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı jurnalistlərin, vəzifələrini icra edərkən öldürüldüyünü faktlara söykənərək bildirmişəm.
Ermənilər də cəhd edirdilər beynəlxalq təşkilatları aldatsınlar ki, guya, erməni jurnalistləri də Azərbaycan tərəfindən öldürülüb, lakin əllərində heç bir fakt olmadığından buna nail ola bilmədilər. Mənsə faktlarla danışırdım, həlak olmuş jurnalistləri adbaad sadalayırdım. Dəqiqləşdirdim ki, ümumilikdə Qarabağ münaqişəsi və Qarabağ müharibəsi zamanı 11 jurnalist həlak olub. Onlardan 9-u azərbaycanlı, 2-si isə rusiyalıdır. Bu istiqamətdə uzun illər həyəcan təbili çalmışam, Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində həlak olan jurnalistlərə görə ədalət tələb etmişəm. Amma bu məsələdə dövlət orqanları da fəal olmalıdır. Düzdür, müəyyən işlər aparılıb, lakin görünür, yetərincə iş görülməyib ki, indiyədək biz həlak olan jurnalistlərlə bağlı beynəlxalq səviyyədə qınamanın şahidi olmuruq.
A.Həsrət qeyd etdi ki, həlak olmuş jurnalistlərlə bağlı faktlara söykənən bir toplu hazırlanmalı və beynəlxalq tədbirlərdə təqdim edilməlidir:
- Dövlət qurumları bu kimi məsələlərdə aktiv olmalıdırlar. Jurnalistlərlə bağlı toplunun hazırlanması çətin məsələ deyil. Hesab edirəm ki, aidiyyətli qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidir. Bu, Ermənistan siyasi hakimiyyətinin müharibə cinayətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya