
Akif Aşırlı Report Media Məktəbində: Jurnalist cəmiyyətin həkimidir
Akif Aşırlı Report Media Məktəbində: Jurnalist cəmiyyətin həkimidir
13:00 24.04.2024
Media
906
Cəmiyyəti sağaltmaq vəzifəsi jurnalistin üzərinə düşür, çünki o, cəmiyyətin bir növ həkimidir.
“Report” xəbər verir ki, bu barədə “Şərq” qəzetinin baş redaktoru, jurnalist Akif Aşırlı Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, “Şərq” qəzetində 180-ə yaxın jurnalist yetişib:
"Qəzet olaraq müəyyən prinsiplərimiz var. İlk olaraq jurnalistin dünyagörüşü yerində olmalıdır. Bəzən ölkənin ictimai-siyasi durumundan xəbəri olmayan xeyli gənc jurnalistlə qarşılaşırıq, sanki adada yaşayırlar. Jurnalistin əlində qeyd dəftəri olaraq gündəmi izləməli, ən mühüm xəbərləri, maraqlı fikirlərini qeyd etməli olduğunu düşünürəm. Bunu köhnəlik kimi yox, peşəkarlıq olaraq qəbul etmək lazımdır. Media müxtəliflik üzərində qurulur. Jurnalist də mətnə fərqli baxış gətirməlidir. Cəmiyyətə fərqli fikirlər təqdim edilməli, fərqli aspektlərdən yanaşma olmalıdır” -, o bildirib.
A.Aşırlı yeni dövr mətbuatındakı dəyişikliklərə də toxunub:
“Jurnalistikada əsaslı dəyişiklik mətnin səs və görüntü ilə əvəz olunmasıdır. Ancaq unutmayaq ki, jurnalistikanın əsası qəzetçilikdir. İndiki dövrdə əsaslı yazılara zaman sərf edərək oxuyan insanların sayı azalıb".
Akif Aşırlı 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktorudur. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
"Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremldə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. 2022-ci ildə “Mətbuat tarixi: sənədlər, faktlar” kitabı işıq üzü görüb.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz