"ARB 24 NewsLab" təlim proqramı başlayıb
Yusif Nəzərli
11:43 04.04.2023
Media
1143
Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramı başlayıb.
"Sherg.az" xəbər verir ki, praktik təlimlərə cəlb edilən 10 tələbə ilə görüş keçirilib. Görüşdə telekanalın direktoru Radik İsmayılov, Departament rəhbərləri Elnur Şibliyev, Çinarə Nurmməmmədova, xidmət rəhbəri Orxan Quliyev, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, həmçinin kafedra müdirləri professor Cahangir Məmmədli, Aynur Nəsirova, Xatirə Hüseynova iştirak ediblər.
Giriş sözü ilə başlayan fakültənin dekanı Vüqar Zifəroğlu müsahibə mərhələsindən uğurla keçən tələbələri təbrik edib.
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2024-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə tələbələrə göstərdiyi dəstəyə görə ARB 24 telekanalına təşəkkürünü bildirərək, əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Həmçinin universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ardınca Jurnalist Cahangir Məmmədli, direktor müşaviri Aynur Nəsirova və departament rəhbəri Çinarə Nurməmmədova iştirakçılara uğurlar arzulayıb.
Daha sonra telekanalın direktoru R.İsmayılov həm layihənin iştirakçılarına, həm də Jurnalistika fakültəsinin III kurs tələbələrinə təlim keçib.
Qeyd edək ki, tələbələr 3 ay ərzində keçiriləcək "ARB 24 NewsLab" təlim proqramında xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrinə yiyələnəcəklər. Tədris proqramını uğurla başa vuran iştirakçılara sertifikat veriləcək. Onların bir qismi ARB 24-də işlə təmin olunacaq.
Bu, Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşan ikinci təlim proqramıdır. Birinci təlim proqramını uğurla başa vuran 5 namizəd 2022-ci il oktyabrından rəsmi şəkildə işə götürülüb. Hazırda onlar ARB 24-də fəaliyyətlərini davam etdirirlər.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə