
"Ayaqlı jurnalist lazımdır ki, məlumat toplasın" - Ekspert
Yusif Nəzərli
13:25 24.07.2023
Media
1645
"Çox rahatlıqla demək olar ki, artıq süni intellekt jurnalistikanı əvəzləyir"
Bunu "Sherg az"a açıqlamasında İnformasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə "süni intellekt jurnalistikanı əvəzləyə bilərmi" sualını cavablandırarkən deyib:
O bildirib ki, artıq bəzi funksiyalar süni intellektə keçib:
"Məsələn video hazırlanması, mətnin səsə çevrilməsi, süni intellekt tərəfindən rahat şəkildə icra edilir. Hətta yaxın gələcəkdə səsin videoya çevrilməsi də baş tutacaq. Həmçinin süni intellekt jurnalistlərin multimedia ilə bağlı etdiyi funksionallıqları da bacarır və ingilis dillərində xırda xəbərlər yazır. Ümumiyyətlə böyük media orqanları tərəfindən 2-3 ildir xırda xəbər resurslarını emal etmək və onları platformalarda paylaşmaq üçün süni intellektdən istifadə olunur. Düşünürəm ki, bu üsuldan istifadə araşdırma jurnalistikasında da çox effektli olar".

Ekspertin sözlərinə görə, jurnalistlər yeni bilikləri tez öyrənməlidir:
"Əgər Azərbaycanda bu texnologiyadan istifadə olunarsa, medianın güclənməyinə böyük təsir göstərəcək. Digər tərəfdən sual yarana bilər ki, bu jurnalistlər üçün təhlükəlidir mi? Müəyyən mənada hə. Çünki jurnalistika həyatı boyu bir biliyi öyrənib, onun tədbiq etmək ixtisasından çıxıb. Ona görə jurnalistlər ən azı altı aydan bir təlimlərdə iştirak etməlidir. Əgər iştirak etmirsə, onun işi süni intellekt tərəfindən əvəzlənəcək. Yəni bir müddətdən sonra işini itirəcək. Ümumiyyətlə jurnalistikada yeni texnologiyanı effektiv istifadə etmək lazımdır. Süni intellekt də bunlardan biridir. Hətta bu texnologiyanın oturaq jurnalistikanı məhv edəcəyi belə istisna deyil. Çünki ölkəyə ayaqlı jurnalist lazımdır ki, maraqlı məlumatlar toplasın. Həmçinin yazmaq, korrektə və.s kimi sadə texniki məsələlərin də süni intellekt tərəfindən aparılmasının hamı üçün daha məqsədəuyğun olacağını zənn edirəm".
Qeyd edək ki, Şuşada baş tutanQlobal Media Forumunda da süni intelektin tədbiqi müzakirə olunan məslələrdən biri olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət