Azərbaycan Mətbuat Şurası - 20 il
Yusif Nəzərli
08:21 15.03.2023
Media
723
Bu gün Azərbaycan Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam olur. 15 mart 2003-cü il tarixdə ölkə jurnalistlərinin I qurultayında yaranmış Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir.
Mətbuat Şurası fəaliyyətinin ilk günlərindən ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq qərar və rəylər çıxarmağa başladı.
Ötən müddətdə Şuraya ümumilikdə 15 minə yaxın şikayət daxil olub. Bu şikayətlərdə əksini tapan motivlər jurnalistikamızın təmiz adının özünə qaytarılmasına, kütləvi informasiya vasitələrimizin saflaşmasına olan ehtiyacı aşkar şəkildə ortaya qoyurdu.
Mətbuat Şurası yalnız şikayətlərin araşdırılması ilə kifayətlənmədi. Qurum, eyni zamanda, media ilə bağlı tematik tədbirlər keçirdi, jurnalistikamızda peşə dəyərlərini aşılamaq istiqamətində ardıcıl layihələr reallaşdırdı, müxtəlif təşəbbüslər irəli sürərək tanındı, etimad qazandı.
Ötən 20 il Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından da zəngin oldu. Qurum Avropa Mətbuat Şuraları Alyansına, Dünya Mətbuat Şuraları Assosiasiyasına qəbul edildi. Şuranın İdarə Heyətinin üzvləri bu qurumların, eləcə də BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların meda ilə bağlı çoxsaylı konfrans, seminar və “dəyirmi masa”larına qatıldılar. Şuranın dəstəyi ilə Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı təşkil olundu.
Türk dünyası mediasının konsolidasiyasını vacib sayan Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycan Türkdilli Ölkələrin və Toplumların Media Forumu kimi önəmli hadisəyə evsahibliyini həyata keçirdi. Şura Türkdilli Ölkələrin və Toplumların Media Birliyi ideyasının həyata keçməsində də mühüm rol oynadı.
Müxtəlif illərdə Mətbuat Şurasının istər qanunvericiklə bağlı, istərsə də medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılmasına yönələn təklifləri oldu. Beləcə həm də onun fəaliyyət qayəsini təşkil edən cəmiyyət-mətbuat-hakimiyyət oxu özünün səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoydu.
Ölkə jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçildi. Bu tərkib əvvəlki illərdə toplanmış təcrübəni genişləndirmək və daha səmərəli fəaliyyət göstərmək əzmindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm