
Azərbaycan saxta xəbərçilikdən çox əziyyət çəkdi -Azər Həsrət
Azərbaycan saxta xəbərçilikdən çox əziyyət çəkdi -Azər Həsrət
07:53 23.07.2024
Media
897
Ermənilərin törətdiyi zülmləri, vəhşilikləri, soyqırımları bizim ayağımıza yazmağa çalışıblar
Nəhayət, öz məqsədimizə çatdıq. Elə bir reallıq yarandı ki, 44 günlük Vətən müharibəsində dünya bizim haqq davası apardığımızı qəbul etməli oldu
Mədəniyyət paytaxtımız Şuşada “II Şuşa Qlobal Media Forumu” başa çatıb. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”yə həsr olunmuş Forumun keçirilməsində məqsəd, həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etmək idi. Forum çərçivəsində keçirilən panel sessiyada bir çox vacib mövzularda - dezinformasiyaya qarşı mübarizə, feyk xəbərlərin yayılmasının qarşısının necə alınması, beynəlxalq media subyektlərinin bu mübarizədə, süni intellektin, sosial medianın yaratdığı çətinliklər və sair məsələlərlə bağlı panel müzakirələr aparıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Forumdakı çıxışı isə hələ uzun müddət dünya mediasının, siyasi liderlərin diqqət mərkəzində olacaq. Prezident İlham Əliyev çıxışında mövcud reallıqları və hədəfləri də açıq şəkildə göstərdi. Yerli və xarici media nümayəndələrinin suallarını ətraflı, səbirlə, dəqiqliklə cavablandıran cənab Prezident yenə də yüksək mədəniyyət və dözümlülük nümunəsi göstərdi.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin Forumdakı çıxışında bütün lazımi məqamlara toxunduğunu qeyd etdi:

- Forum yalan məlumatlar, dezinformasiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuşdu. Cənab Prezidentin çıxışı zamanı bu məsələlərə diqqət yönəltməsi təsadüfi deyil. Azərbaycan, bilirsiniz ki özəlliklə də müstəqillik qazandıqdan sonrakı dövrdə, Ermənistan işğalına məruz qaldığı dönəmdə, 100 minlərlə insanımız həm tarixi torpaqlarından – Qərbi Azərbaycandan, həm də Qarabağ və ətraf bölgələrdən Ermənistan silahlı qüvvələrinin, erməni separatçılarının işğalı nəticəsində yurd-yuvasından didərgin salındığı dövrdə davamlı şəkildə saxta xəbərçilikdən əziyyət çəkib. Ermənilərin törətdiyi zülmləri, vəhşilikləri, soyqırımları bizim ayağımıza yazmağa çalışıblar. Özləri bizi qovduqları halda, guya bizim onları qovduğumuz haqqında yalan xəbərlər yayıblar. Bu da o zamanlar rəsmi Moskvanın rəhbərliyi ilə icra olunurdu. Sonrakı dövrdə də Azərbaycan saxta xəbərçilikdən çox əziyyət çəkdi. Bizim hamımız, başda cənab Prezident olmaqla saxta xəbərçiliklə mübarizə apardıq, beynəlxalq platformalarda çıxışlar edərək, ayrı-ayrı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək. Dünya ictimaiyyətinə təsir edəcək media qurumları vasitəsilə erməni yalanlarının ifşası üçün əlimizdən gələni etdik. Nəhayət, öz məqsədimizə çatdıq. Elə bir reallıq yarandı ki, 44 günlük Vətən müharibəsində dünya bizim haqq davası apardığımızı qəbul etməli oldu artıq. Həqiqətləri gördülər, qəbul etdilər, bizim – Azərbaycanın yanında yer aldılar. Prezident də çıxışlarında artıq bu məsələyə diqqət çəkir ki, üzərimizə saxta xəbərlə gəlmək istəyində olanlar bilsinlər ki, Azərbaycan bunun öhdəsindən gəlmək gücündədir. Bu baxımdan II Şuşa Qlobal Forumunu yüksək qiymətləndirirəm. Prezidentin çıxışında diqqət çəkən başqa məqamlar da vardı. Bu da Türk dünyası, Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı Prezidentin səsləndirdiyi fikirlər idi. Bu bir daha onu göstərir ki, Azərbaycan türk dövlətlərinin önündə getməyə iddialıdır. Və bu istiqamətdə irəliləməyə davam edəcəyik.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya