Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yeni şirkət yaradılıb - FOTO
Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yeni şirkət yaradılıb - FOTO
Yusif Nəzərli
07:18 04.11.2022
Media
1038
“Yaxın iki həftə ərzində Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yaradılmış yeni şirkət ictimaiyyətə təqdim ediləcək”.
“Report” xəbər verir ki, bunu Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.
“Bununla da uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapacaq. Bu sahədə müasir texnologiyalardan istifadə olunacaq”, - o deyib.
Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb.
İmzalanma mərasimi Bakıda “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminar çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, bu cür seminarların, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov isə reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlərdən danışıb.
Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, “Reklam haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətinə nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol