“Tiktok rəhbərliyi bu düşüncədədir ki, səviyyəli kontentin yaranmasında həm də jurnalistlər iştirak edə bilərlər”
Azərbaycanda tiktok istifadəçilərinin sayı artan xətt üzrə gedir
12:14 02.06.2023
Media
1060
Əvəz Rüstəmov: “Biz jurnalistlərin də burada aktivliyini görürük”
“Tiktok rəhbərliyi bu düşüncədədir ki, səviyyəli kontentin yaranmasında həm də jurnalistlər iştirak edə bilərlər”
Tiktok platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin tiktokun Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub.
MŞ İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə qonaqlar tiktokun Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildirib.
Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğulayıb, Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.
Ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin medianın, ayrı-ayrı jurnalistlərin tiktok üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxunublar.
MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında tiktokun ölkəmizdə populyarlaşdığını diqqətə çatdırıb, qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxunublar.
Görüşdə jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanılaraq, bu peşə daşıyıcılarının platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açılıb. Mövcud xüsusda tiktok tərəfindən azərbaycanlı jurnalistlərə seminarların təşkili məsələsi üzərinə gəlinib. Bu ideya məqbul qiymətləndirilib və onun reallaşdırılması üçün işçi qaydada məsləhətləşmələrin aparılması qərara alınıb.
Qeyd edək ki, tiktokun Azərbaycan seqmentinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə fikir ayrılığı var. Dəfələrlə bu platformanın fəaliyyətinin ölkəmizdə məhdudlaşdırılması ilə bağlı təkliflər də verilib.
Sözügedən görüşdə iştirak edən Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov “Sherg.az”a açıqlamasında deyib ki, tiktok üçün Azərbaycan kiçik bazar olsa da, məsul şəxslər üçün əsas məsələ bazarın kiçikliyi və böyüklüyündə deyil, onlar daha çox kontentin səviyyəli olmasına çalışırlar:
“Azərbaycanda tiktok istifadəçilərinin sayının artan xətt üzrə getdiyi bildirilir. Biz jurnalistlərin də burada aktivliyini görürük. Tiktok rəhbərliyi isə bu düşüncədədir ki, səviyyəli kontentin yaranmasında həm də jurnalistlər iştirak edə bilərlər. Daha doğrusu, bu, onlar üçün vacibdir. Sözsüz ki, Mətbuat Şurasının, ümumilikdə ölkə ictimaiyyətinin arzusu budur ki, sosial platformalar informasiya yayıcısı, plüralizmin məhsulu kimi faydalı olsunlar. Deməli, mövcud istiqamətdə əməkdaşlıq mümkündür. Görüşdə də bu barədə danışıqlar apardıq. Belə qərara gəldik ki, gələcəkdə media nümayəndələri üçün seminarlar keçirək. Əlbəttə, məsələ işçi qaydasında müzakirə olunmalı, detallar dəqiqləşdirilməlidir”.
Tiktokla bağlı mənfi rəylərə gəldikdə isə Ə.Rüstəmov deyib ki, birmənalı fikirlər zamanında digər sosial platformalar barədə də var idi: “Məsələn, feysbukla bağlı. Söhbət bunu bizə kiminsə deməsindən getmir, özümüz görürdük. Eləcə də indi tiktoka münasibət birmənalı deyil. Fikrimcə, təəccüblü heç nə yoxdur. Zaman keçdikcə, hər şey yoluna qoyulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm