
Azərbaycanlı jurnalistin yazısı Özbəkistanın Milli İnformasiya Agentliyində
11:00 23.08.2024
Media
858
Azərbaycanlı jurnalist, siyasi şərhçi Elmir Səftərovun Özbəkistanın Milli İnformasiya Agentliyində (UzA) Azərbaycan-Özbəkistan münasibətlərindən bəhs edən yazısı dərc olunub.
Sherg.az xəbər verir ki, "Qarşılıqlı etimada və yüksək hörmətə əsaslanan əməkdaşlıq" sərlövhəli yazıda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyi və mövcud əlaqələri yüksək qiymətləndirdiyi vurğulanıb.
Bildirilib ki, xüsusən də son illərdə bu bölgəyə və ümumilikdə türk dövlətlərinə qarşılıqlı səfərlərin sayı kəskin şəkildə artıb. Bütün bunlar ümumi dəyərlərimizin yeni formada inkişafına, dövlətlərarası münasibətlərin daha da yaxşılaşmasına xidmət edən amillərdir.
Müəllifin sözlərinə görə, Özbəkistanla Azərbaycan arasında çoxəsrlik dostluq əlaqələri bu gün demək olar ki, bütün sahələrdə ardıcıl şəkildə inkişaf edir. Özbəkistan Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini nümayiş etdirmiş, münaqişənin sülh yolu ilə həllini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının icrasını qətiyyətlə dəstəkləmişdir.
Yazıda qeyd olunur ki, Prezident Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmişdi, Özbəkistanın vəsaiti hesabına Füzuli şəhərində böyük məktəb tikiləcəyini bildirmişdi. Ötən il avqustun 23-də iki ölkənin rəhbərləri Füzuli şəhərində yaradılmış Mirzə Uluqbəy adına 1 saylı ümumtəhsil məktəbinin açılış mərasimində iştirak ediblər. Nəticə etibarilə, prezidentlərimiz arasında yaradılmış səmimi və mehriban şəxsi münasibətlər sayəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı bu gün görünməmiş səviyyəyə çatıb.

Əhəmiyyətli nəqliyyat və logistika marşrutları üzərində yerləşən Azərbaycan və Özbəkistan qarşılıqlı yükdaşımaların həcmini artırır. Bu il mayın 21-də Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda ölkələrimizin iqtisadi potensialı, tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub, bir çox ikitərəfli sənədlər imzalanıb. Ticarət-iqtisadi əməkdaşlıq qarşılıqlı münasibətlərdə mühüm rol oynayır. Nizamnamə kapitalı 500 milyon dollar olan “Azərbaycan-Özbəkistan” investisiya şirkətinin fəaliyyəti iki qardaş ölkədə, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin həyata keçirilməsinə yönəlib.
Müəlkifin fikrincə, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta biznes, səhiyyə, yükdaşıma kimi sahələr də geniş əhatə dairəsi qazanıb. İki ölkədə keçirilən mədəniyyət günləri dost xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Prezident Şavkat Mirziyoyevin Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirakı qarşılıqlı əlaqələrin inkişafına misilsiz töhfə verdi. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana növbəti dövlət səfəri, şübhəsiz ki, mövcud əlaqələrin əhatə dairəsinin genişləndirilməsində mühüm amil olacaqdır.
https://uza.uz/uz/posts/ozaro-ishonch-va-yuksak-ehtiromga-asoslangan-hamkorlik_628071
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi