BAYRAQDAR MEDİA qlobal kampaniyaya qoşuldu
BAYRAQDAR MEDİA qlobal kampaniyaya qoşuldu
08:08 24.09.2024
Media
1000
BAYRAQDAR MEDİA – Dünya Qəzetləri Assosiasiyası – Dünya Redaktorlar Forumu və Kanada Jurnalistika Fondu Güney Afrikanın “Daily Maverick” nəşrinin təşəbbüsü ilə 28 sentyabrda qeyd ediləcək Dünya Xəbər Günü kampaniyasına başlayıb.
Kampaniyanın koordinatorlarının BAYRAQDAR MEDİA-ya verdiyi xəbərə görə, bu qlobal aksiyada 100-dən artıq ölkənin aparıcı media qurumları iştirak edir. Kampaniyanın şüarı “Həqiqəti seç.” şəklində müəyyən edilib. Bu aksiyanın məqsədi fakta əsaslanan jurnalistikanın təşviq edilməsidir. Kampaniya iştirakçıları auditoriyanı həqiqətə söykənən media qurumlarını dəstəkləməyə və onlara güvənməyə çağıracaqlar.
“Dünya Xəbər Günü müstəqil və cəsur jurnalistlərin dünya çapında oynadığı həyati əhəmiyyətli rola diqqət çəkmək üçün fürsətdir. Onların əməyi həqiqətin yolunu göstərməyə xidmət edir.” Bu sözləri “The Globe and Mail” qəzetinin baş redaktoru, Dünya Xəbər Günü təşəbbüsünün müəllifi Devid Uolmsli (David Walmsley) deyib.
Bildirilir ki, “Həqiqəti seç.” kampaniyası yanlış informasiya ilə zəhərləndirilməyə çalışılan dünyada jurnalistlərin faktları yaymaq istiqamətində əvəzsiz roluna diqqət çəkir. Qeyd edilir ki, həqiqət sadəcə bir seçim deyil, o azad və demokratik cəmiyyətin təməlidir.
Əlavə edək ki, Azərbaycandan BAYRAQDAR MEDİA da bu qlobal kampaniyaya qoşulub və onun loqosu iştirakçılar siyahısında yer alıb. Qurumun baş redaktoru Azər Həsrət bildirib ki, müəyyən səbəblərdən bəlli bir dönəmdə səngimiş beynəlxalq əlaqələrin bərpası baxımından bu kampaniyada iştirak vacibdir.
“Biz yenə də beynəlxalq platformalarda mövqelərimizi möhkəmləndirməyi və Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlavə imkanlar qazanmağı düşünürük”, – deyə Azər Həsrət bildirib.
Qeyd edək ki, Dünya Xəbər günü 2018-ci ildən qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya