Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib - BİRGƏ MƏLUMAT
Yusif Nəzərli
16:02 01.09.2024
Media
861
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.
Sherg.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.
Qeyd edilib ki, üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan “Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.
"Xatırladırıq ki, jurnalist vəsiqəsinin verilməsi qaydası “Media haqqında” Azərbaycan Respublikası Qanunu və “Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.
Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.
Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm